İlham Əliyev büdcənin icrası haqda qanunu təsdiqləyib

İyunun 25-də Prezident İlham Əliyev 2020-ci il dövlət büdcəsinin icrası haqqında Qanunu imzalayıb.

Qanuna əsasən 2020-ci il dövlət büdcəsinin icrası gəlirləri 24 681 734. 6 min manat (24.6 milyard) , xərclər isə 26 416 297,5 min (26.4 milyard) manat məbləğində olmaqla təsdiq edilib.

Sənədə görə, 2020-ci il dövlət büdcəsinin icrası nəticəsində həmin ilin sonuna dövlət büdcəsinin vahid xəzinə hesabında yaranan qalıq "Büdcə sistemi haqqında" Qanunun 19.5-ci maddəsinə uyğun olaraq istifadə ediləcək.