İndoneziyada stadionda ölənlərin sayının 127 yox 125 olduğu bildirilir

İndoneziya

İndoneziyanın Yava adasında futbol oyunu zamanı azı 127 nəfər həlak olması barədə məlumatlardan sonra oktyabrın 2-də rəsmi qurumlar məlumat yayaraq ölənlərin sayının 125 olduğunu bildiriblər.

Yayılan məlumatda qeyd olunur ki, bəzi qurbanlar iki dəfə sayıldığından yanlışlığa yol verilib.

Faciəvi hadisə hadisə uduzan komanda azarkeşlərinin kütləvi şəkildə futbol meydançasına axışması nəticəsində baş verib.

Yaranan izdiham zamanı qurbanların çoxu ayaqlar altında qalıb. Polisin məlumatına görə, daha 180 nəfər müxtəlif xəsarətlərlə xəstəxanaya aparılıb.

İndoneziyanın iki futbol komandası Malanqnın "Arema" və Surabayanın "Persebaya" komandası ilə Malanqdakı Kanjuruhan stadionunda qarşılaşıblar.

Aremanın 2:3 hesabı ilə uduzmasından narazı olan azarkeşlər futbol meydançasına qaçıblar. Yaranan izdiham çoxsaylı insan tələfatına səbəb olub.

Buna da bax: 'Biletlər stadionun qarşısında üç-dörd dəfə baha satılırdı'

Polis gözyaşardıcı qazdan istifadə edib, lakin bu, iğtişaşları daha da gücləndirib. Ölənlər arasında qadın və uşaqlar, həmçinin iki polis əməkdaşı da var.

İndoneziya Futbol Liqası bir həftəlik fəaliyyətini dayandırıb. Hadisə ilə bağlı araşdırmaya başlanılıb.