►Əhalinin gəliri inflyasiyanın yeminə çevrilir
Hökumətin fəxr elədiyi bir iqtisadi göstərici - əhalinin nominal gəlirləridir və nə baş versə də, bu göstəricinin artdığı açıqlanır.
Beləcə, rəsmi qurumlar sosial-iqtisai durumun yaxşılaşdığını bildirir.
Aylıq artım faizləri builki cədvəldə də əksini tapıb. Ancaq bu il fərqli bir durum da var - son illərdən fərqli olaraq, inflyasiya gəlirlərin artım tempini üstələyib.
Başqa deyimlə, əhalinin gəliri inflyasiyanın yeminə çevrilir. İyunda əhalinin nominal gəlirləri 7.6 faiz, orta illik inflyasiya isə 10.5 faiz olub, yəni 2,9 bənd çox.
Buna da bax: Ekspert: 'Manatla qorunan əmanətlərə faiz dərəcəsi 18-ə qaldırılmalıdır'
Önəmli olan real gəlirdir
Nominal gəlirlərlə bağlı başqa bir yanıltıcı məqam da var.
Nominal gəlirlər – vergi və rüsümlar ödənilmədən, mal və xidmət qiymətlərindən asılı olmadan, əldə edilən mövcud pul vəsaitləridir.
Bu gəlirlər vergiqoyma və qiymət dəyişikliyinə baxmadan, pul gəlirlərinin səviyyəsini səciyyələndirir.
Önəmli olansa sərəncamda qalan gəlir və ya real gəlirlərdir. Vergi və rüsümlar ödəniləndən sonra nominal gəlirlər sərəncamda olan gəlirlərə çevrilir.
Bunlarasa vergi və rüsumlar ödənildikdən sonra yerdəqalan hissə daxildir (netto, yəni xalis gəlir).
Bu göstərici Azərbaycan statistikasında açıqlanmır.