Moldovanın keçmiş prezidneti İqor Dodon dövlət xəyanəti ittihamı ilə cinayət işi çərçivəsində 72 saatlıq saxlanıb.
Bu barədə məlumatı mayın 24-də Moldova Baş Prokurorluğunun sözçüsü Marianna Körpek verib.
***
Kreml Dodonla bağlı məlumatlardan “narahatlıq” bildirib. Sözçü Dmitri Peskov Moldova hakimiyyətini onun hüquqlarına hörmətlə yanaşmağa çağırıb.
***
Moldovanın keçmiş prezidenti İqor Dodonun evində axtarış aparılsa da, o saxlanmayıb. Daha öncə yayılmış məlumatlarda Dodonun saxlandığı deyilirdi.
Baş prokurorluğun sözçüsü Marianna Körpek AzadlıqRadiosu-nun Moldova xidmətinə şərhində keçmiş prezidentin “hazırda saxlanmadığını” söyləyib. Onun sözlərinə görə, Dodonun evində özünün iştirakıyla axtarış aparılır.
“Axtarış başa çatandan sonra prokurorlar onu həbs edib-etməməklə bağlı qərar verəcəklər”, – deyən sözçü Dodonun keçmiş dövlət başçısı kimi toxunulmazlığının olmadığını sözlərinə əlavə edib.
***
Antikorrupsiya prokurorları Moldovanın keçmiş prezidenti İqor Dodonun Kişinaudaki evində axtarış aparıb, onu saxlayıblar.
2016-2020-ci illərdə prezident olmuş, Rusiyanın dəstəklədiyi Dodon korrupsiya, qanunsuz varlanma, kriminal təşkilatdan siyasi ianə qəbulunda və vətənə xəyanətdə şübhəli bilinir. Yerli media bunu Baş Prokurorluğun sözçüsü Marianna Körpekə istinadla yazır.
Moldovanın Baş Prokuroru vəzifəsini icra edən Dumitru Robu Dodonun 72 saatlığa saxlandığını bildirib.
Buna da bax: Dnestryanıda separatçılar yeni hücum cəhdlərindən danışırlarPartiyası ittihamları rədd edir
Dodonun qaynı Petru Merineanu da saxlanıb. Onun dəlilin bir hissəsini udmaq istədiyi bildirilir.
Dodonun Sosialistlər Partiyasının üzvləri mətbuat konfransı keçirərək ittihamları rədd ediblər. Onlar baş verənləri ictimaiyyətin diqqətini kasıblıq və sosial məsələlərdən yayındırmaq niyyəti güdən “ikiqəpiklik şou” adlandırıblar. Partiya üzvləri etirazlara çağırıblar.
Buna da bax: Aİ Moldovaya hərbi dəstəyi gücləndirməyə boyun olurDodon 2020-ci ilin noyabrında qərbyönümlü, ABŞ-da təhsil almış siyasətçi Maya Sanduya uduzub. Sandu Qərblə münasibətlərin yaxınlaşdırılması tərəfdarıdır.
Avropanın ən yoxsul ölkələrindən olan Moldova martda, Rusiya Ukraynaya səbəbsiz hücuma başlayandan sonra Avropa İttifaqına üzv olmaq üçün rəsmən müraciət edib.
Qonşu Ukraynadan yüzminlərlə ukraynalı qaçqın Moldovaya üz tutub.