İran bəyan edib ki, Tehranın soyuq münasibətlərdə olduğu Körfəz ölkəsi - Səudiyyə Ərəbistanı da daxil, 33 ölkə ilə viza rejimini ləğv edir.
İranın yarımrəsmi ISNA agentliyinin xəbərinə görə Turizm Nazirliyi bu aktla ölkənin açıq qapılar siyasəti yürütməsi nümayiş etdirilir.
Bundan əvvəl İran 45-dək dövlətin vətəndaşlarından ölkəyə səfərlər üçün viza tələb etmirdi.
Reuters yazır ki, əslində bu addım uzun illərin gərginliyindən sonra İran və Səudiyyə Ərəbistanı arasında münasibətlərin istiləşdiyini göstərir.
Bu da qeyd olunur ki, Riyad və Tehran son on il ərzində Suriya, İraq və Yəməndə qarşıduran tərəfləri dəstəkləyiblər.
Bundan əvvəl İrana bağlı ərəb qruplaşmalarının Səudiyyənin neft infrastrukturu üzərinə hücumları Yaxın Şərqdə böyük münaqişəyə səbəb ola bilərdi.
İran bu hücumlarda əlinin olmasını inkar edir.
İran və Səudiyyə 2016-ci ildə qırılmış diplomatik münasibətlərini mart ayında Çinin vasitəşçiliyi ilə tam bərpa etmək barədə razılığa gəliblər.
Buna da bax: İranda polis məntəqəsinə hücumda ölənlər varAİ və NATO üzvü Xorvatiya da?
İranın viza rejimini ləğv etdiyi ölkələr arasında Birləşmiş Ərəb Əmirlikləri və Qətər də var.
Tehran bu siyahıya tam diplomatik əlaqələrinin hələ bərpa olunmadığı Bəhreyni də daxil edib.
ISNA agentliyinin verdiyi tam siyahıda Livan, Tunis, Hindistan, bir neçə Mərkəzi Asiya, Afrika və “müsəlman” ölkələri var.
Maraqlıdır ki, siyahıya Avropa İttifaqının və NATO-nun üzvü, xristian Xorvatiya da daxil edilib.
ISNA bildirir ki, rusiyalılar yalnız qrup halında səfər edərkən viza rejimindən azad ola bilərlər.
Öz növbəsində iranlı zəvvarlar son 8 ildə ilk dəfə olaraq dekabrın 19-dan Səudiyyə Ərəbistanına müntəzəm səfərlər edə biləcəklər.