Konqres İranda hərbi əməliyyatları məhdudlaşdırmaq istəyir

ABŞ Konqresi prezident Donald Trump hakimiyyətinin İranda hərbi əməliyyatlarını məhdudlaşdıran qətnaməni qəbul edib.

Nümayəndələr Palatasının əksəriyyəti martın 11-də müharibə qüvvələri qanunvericiliyi kimi tanınan sənədin lehinə səs verib.

Bu sənəd Konqresin təsdiqi olmadan İranda hansısa hərbi əməliyyatı qadağan edir.

Amma İranda ABŞ-a qarşı hansısa təhlükə yaranarsa, qanun Trump-ın müdaxiləsini qadağan etmir.

Ağ Ev bu qanunun əleyhinə olduğunu, onun prezidentin ölkəni qorumaq səlahiyyətini məhdudlaşdırdığını bildirib.

Prezident Trump qanun layihəsinə veto qoyacağını demişdi.