ABŞ-ın vəzifəli rəsmilərindən biri, İran tərəfindən dünya gücləri ilə danışıqlarda nüvə sazişinin dirçəldilməsi istiqamətində heç bir hərəkətin olmamasından ölkəsinin getdikcə artan səbirsizliyindən narahatlıq ifadə edib.
O habelə narahat olduğunu bildirib ki, ola bilsin, Tehranın təhlükəli atom yoluna dava etmək üçün “B” planı ola bilər.
Lakin adının çəkilməsini istəməyən bu rəsmi deyib ki, ABŞ dövlət katibi Entoni Blinken ABŞ-ın bu danışıqlardan “səbir kasasının nə vaxt daşa biləcəyinə” dair də heç nə deməyib.
Bundan əvvəl dünya gücləri ilə İran arasında Vyanada aparılan danışıqlar iyun ayından bəri durğunluq vəziyyətinə düşüb.
Ötən yanvar ayında ABŞ prezidenti Co Bayden, inaqurasiyasından dərhal sonra ölkəsinin 2015-ci il nüvə sazinə qayıtmasını istədiyini demişdi.
Lakin rəsmi adı Hərtərəfli Birgə Hərəkət Planı olan bu sazişin dirçəldilməsi istiqamətində danışıqlar iyun ayında İranda mühafizəkar İbrahim Rəisi prezident seçiləndən sonra dayanıb.
Sözü gedən ABŞ rəsmisi deyib ki, “indilik İranın danışıqlara qayıdacağını göstərən heç bir əlamətlər yoxdur”.
O bildirib ki, rəsmi Tehran özünün Vyana danışıqlarındakı yeni təmsilçisinin kimliyini də elan etməyib.
Buna da bax: İbrahim Rəisi: Tehran nüvə danışıqlarına hazırdırABŞ “sərt vaxt çərçivəsi” qoymaq niyyətində deyil
Mənbə əlavə edib ki, ABŞ İranın danışıqlara qayıdışı üçün “çətin son müddətlər” qoymaq niyyətində deyil.
Bayden bu həftə BMT Baş Assambleyasındakı çıxşında demişdi ki, Vaşinqton, Tehranın nüvə proqramı üzrə öhdəliklərinə qayıdacağı təqdirdə 2015-ci il sazişinə qayıtmağa hazırdır.
Adı çəkilməyən ABŞ rəsmisi onun ölkəsini narahat edən “B” planı barədə danışarkən bildirib ki, ola bilsin İran özünün nüvə proqramını davam etdirmək yolunu tutmaq fikrinə düşüb.
Birləşmiş Ştatlar və başqa ölkələrin kəşfiyyatları İranı nüvə silahı yaratmaq qabiliyyətinə can atmaqda ittiham edirlər.
İran rəsmiləri belə ittihamları bir qayda olaraq rədd ediblər.
2015-ci ilin tarixi nüvə sazişi keçmiş prezident Donald Tramp öz ölkəsini bu razılaşmadan çıxardıqdan sonra qeyri-müəyyənlik durumuna düşüb.
Tehran onun üzərinə ABŞ sanksiyaları bərpa olunandan sonra sözü gedən saziş üzrə öhdəliklərindən tədricən geri çəkilib.