HRW İrana: "Dissidentləri koronavirusa görə azad et"

Human Rights Watch İran hökumətinə müraciət edib ki, fərqli fikirlərinə görə həbsdə yatanları koronavirusa görə azadlığa buraxsın.

Qurum bildirir ki, koronavirus İranda yayılır və məhbuslar ən böyük risk qrupundadırlar. odur ki hökumət bütün məhbuslara "sosial distansiya" saxlamaq imkanı verməli və onların tibbi xidmətə çıxışını təmin etməlidir.

Iranın ədliyyə xəbər saytı Mizan xəbər verir ki, Novruz bayramına görə 70 min məhbus azadlığa buraxılacaq.

Human Rights Watch bildirir ki, bununla belə onlarla hüquq müdafiəçisi var ki aydın olmayan milli təhlükəsizliyə təhdid ittihamları ilə həbsdədir.