Əli Şamxani Yerevanda: Ərazi bütövlüyü, sərhədlər toxunulmazdır

İran Ali Təhlükəsizlik Şurasının katibi Əli Şamxani (solda) və rmənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan

İran Ali Təhlükəsizlik Şurasının katibi deyib ki, bu Cənubi Qafqazda dövlətlərin ərazi bütövlyü və sərhədləri toxunulmazdır.

AzadlıqRadiosunun Erməni xidməti - Azatutyun yazır ki, iyulun 7-də Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Yerevanda iranlı həmkarı Əli Şamxani ilə görüşündə deyib ki, Ermənistan-Azərbaycan münasibətlərinin tənzimlənməsində heç bir məsələ “dəhliz məntiqi” ilə müzakirə olunmur.

İran Ali Təhlükəsizlik Şurasının katibi Əli Şamxani isə deyib ki, bu kontekstdə dövlətlərin ərazi bütövlyü və sərhədləri toxunulmazdır.

Qriqoryan Şamxaniyə habelə Ermənistanın regional kommunikasiyaların açılmasına yanaşması barədə məlumat verib.

Şamxani deyib ki, İran Cənubi Qafqazda təhlükəsizliyin təminatına öz töhfəsini verməyə hazırdır.

Tərəflər dialoqun davam etdirilməsi üçün İran-Ermənistan sərhədində görüş keçirilməsinə dair razılığa gəliblər.

Azatutyun yazır ki, danışıqlarda Syunik vilayətinin inkişaf etdirilməsi məsələri müzakirə olunub.

Tərəflər habelə Meğri azad iqtisadi zonası və Şimal-Cənub yol dəhlizi sahəsində əməkdaşlığın davam etdirilməsinə hazır olduqlarını bildiriblər.