İran ABŞ sanksiyalarını ‘qırmızı xətt’ adlandırır

Tehran, 22 yanvar, 2022-ci il

Apreldən bəri tərəflər Vyanada, birbaşa olmasa da, vasitəçilərin iştirakıyla səkkiz raund danışıq keçirib

Fevralın 8-də nüvə danışıqları davam edəcək

Avropa İttifaqı (Aİ) İranla dünya gücləri arasında nüvə sazişi üzrə danışıqların fevralın 8-də Vyanada davam edəcəyini açıqlayıb. Bu danışıqlar Aİ-nin sədrliyi ilə keçir.

Danışıqlara yanvarın 28-də fasilə verilmişdi, elçilər məsləhətləşmələr üçün öz ölkələrinə qayıtmışdılar.

***

İran deyir ki, ABŞ sanksiyalarının qaldırılmasını dünya gücləri ilə nüvə danışıqlarında “qırmızı xətt” hesab edir.

Tehranın 2015-ci ildə imzaladığı nüvə sazişi İslam respublikasının nüvə fəaliyyətini məhdudlaşdırması əvəzində beynəlxalq sanksiyaların qaldırılmasını nəzərdə tuturdu.

Buna da bax: Tehrana qarşı sanksiyalarda yumşalma

Danışıqların sabah olacağı deyilir

ABŞ-ın keçmiş prezidenti Donald Tramp 2018-ci ildə sazişdən çıxaraq sanksiyaları bərpa elədi. Bundan sonra Tehran öhdəliklərinin icrasını tədricən azaltdı.

Apreldən bəri tərəflər Vyanada, birbaşa olmasa da, vasitəçilərin iştirakıyla səkkiz raund danışıq keçirib.

“Sanksiyaların qaldırılması və İranın ondan faydalanması danışıqlarda qırmızı xətdir”, – Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə fevralın 7-də Tehranda mətbuat konfransında deyib.

Xətibzadənin sözlərinə görə, Vyanada danışıqlar fevralın 8-də bərpa olunacaq. Amma bu haqda rəsmi açıqlama verilməyib.

Buna da bax: İrandan sızdırılmış sənəd: ‘Cəmiyyət partlayış həddindədir’

“ABŞ sazişə qayıtmalı...”

Vaşinqton fevralın 4-də sanksiyalardan möhləti bərpa etsə də, Tehran bunu yetərsiz adlandırıb. Tramp möhləti ləğv eləmişdi.

“Vaşinqton İranın iqtisadi vəziyyətinə təsiri olmayan addımı atmaq qərarına gəlib… məsuliyyət daşıyan “ABŞ” hökuməti sazişə qayıtmalı, öhdəliklərinə əməl etməlidir”, – Xətibzadə sanksiyalardan möhlət haqda belə deyib.

Yanvarın 28-də Vyana danışıqlarındakı təmsilçilər məsləhətləşmələr üçün paytaxt şəhərlərə qayıdıblar. ABŞ-ın İran üzrə xüsusi elçisi Robert Malley fevralın 6-da deyirdi ki, tezliklə Vyanaya qayıdacaq, sazişi canlandırmaq mümkündür.

Xətibzadənin dediyinə görə, İranın təmsilçisi Əli Bağıri Kani fevralın 8-də, danışıqlar bərpa olunanda Vyanaya qayıdacaq.