İran Fransanı regionda sabitliyi pozmaqda günahlandırıb.
İran belə bir bəyanatla, Fransanın xarici işlər naziri Jean-Yves Le Drian-ın Tehranı yeni sanksiyalarla hədələməsindən sonra çıxış edib.
“İran İslam Respublikası həmişə regionda sabitlik və sülhün möhkəmlənməsinə çağırıb”, İran xarici işlər nazirliyinin yanvarın 25-i axşam saatlarında yaydığlı bəyanatda deyilir.
Fransanın xarici işlər naziri Jean-Yves Le Drian yanvarın 25-də bildirib ki, əgər İranın raket proqramı ilə bağlı danışıqlarda irəliləyiş olmasa, Paris Tehrana qarşı yeni sanksiyalar tətbiq etməyə hazırdır.
“Biz İranla cətin danışıqlara başlamışıq və əgər tərəqqi əldə olunmasa,sanksiyalar tətbiq etməyə hazırıq və onlar bunu bilir”, Le Drian deyib.
O həmçinin İranı, Suriyadakı hərbi iştirakı da daxil olmaqla, regionda öz davranışınıi dəyişməyə çağırıb.
İranın xarici işlər nazirliyi isə xəbərdarlıq edib ki, Tehranın raket proqramı müzakirə mövzusu deyil və Avropa ölkələrindən istənilən yeni sanksiya, onlarla münasibətlərimizə yenidən baxılmasına aparacaq.
Qeyd edək ki, İran 2015-ci ildə 6 aparıcı dünya ölkəsi ilə əldə etdiyi sazişdən sonra, nüvə proqramını dondurdu və əv əzində ona qarşı beynəlxalq sanksiyalar dayandırıldı.
Amma ABŞ 2018-ci ilin mayında bu sazişdən birtərəfli qaydada çıxdı və Tehrana qarşı sanksiyaları bərpa etdi.
Tehransa bundan sonra ballistik raketlər üzrəində işi davam etdirməyə başladı, amma deyir ki, bu sırf, müdafiə məqsədi daşıyır.