'İran raket proqramını dayandırmayacaq' - Prezident Ruhani

İran - raket sınağı. 27 sentyabr, 2017

"İranın raket proqramı ABŞ-ın etirazlarına baxmayaraq dayandırılmayacaq".

Bunu İran prezidenti Hassan Rouhani deyib.

Onun sözlərinə görə, raket proqramı ölkənin müdafiəsi üçün vacibdir və İranın imzaladığı nüvə razılaşmasını pozmur.

ABŞ prezidenti Donald Trump bu yaxınlarda İranın raket proqramını tənqid etmişdi.

D.Trump hesab edir ki, ABŞ-ın da imzaladığı nüvə razılaşması "Amerika tarixinin ən pis sazişidir".

Amma tənqid etməsinə baxmayaraq o, razılaşmadan çıxmamışdı.

Buna da bax: Avropa Trump-a: 'İran sazişini ləğv edə bilməzsən'

Sizin brauzer HTML5-i dəstəkləmir

Avropa Trump-a: 'İran sazişini ləğv edə bilməzsən'