ABŞ-dan İrana "yeni sanksiyalar hədəsi"

İran Emad raketlərini oktyabrda sınaqdan keçirib

Reuters agentliyi xəbər verir ki, yeni sanksiyalar İranın ortamənzilli raketlər proqramı ilə əlaqəsi olan şəxsləri və beynəlxalq şirkətləri hədəfləyə bilər.

ABŞ-ın rəsmi dairələrindən alınan məlumatlara görə prezident Barack Obama-nın administrasiyası İranın ballistik raket proqramı ilə bağlı yeni sanksiyaların tətbiqinə hazırlaşır.

Reuters agentliyi xəbər verir ki, yeni sanksiyalar İranın ortamənzilli raketlər proqramı ilə əlaqəsi olan şəxsləri və beynəlxalq şirkətləri hədəfləyə bilər.

İran raketləri Hörmüz boğazında, ABŞ gəmilərinin yanında atıb

“The Wall Street Journal” qəzeti bundan əvvəl “mötəbər mənbələrə istinadən” xəbər vermişdi ki, sözü gedən sanksiyalar 12-dək şirkətə, habelə İran, Honq Konq və Birləşmilş Ərəb Əmirliklərindəki bir sıra fərdləri hədəfləməlidir. Bu şirkət və şəxslər İrana ballistik raketlərin yaradılmasında yardım göstərməkdə şübhəli bilinirilər.

ABŞ rəsmiləri deyirlər ki, Maliyyə Nazirliyi iyul ayında İranla dünyanın 6 gücü arasında imzalanmış nüvə sazişinin müddəalarına görə, Tehranın ortamənzilli raketləri ilə bağlı sanksiyalar və qara siyahılar tərtib etmək hüququnu özündə saxlayır.

İran rəsmiləri isə bildirirlər ki, ölkənin ali rəhbəri raketlərlə bağlı hər hansı sanksiyalara nüvə sazişinin pozulması kimi baxacaq.

BMT-nin məxfi hesabatı

Reuters agentliyinin məlumatına görə, BMT-nin İrana qarşı sanksiyalarına nəzarət edən qrupunun məxfi hesabatında Tehranın ortamənzilli Emad raketlərinin nüvə başlıqlarını daşımaq qabiliyyətində olduğu göstərilib. Bu isə BMT Təhlükəsizlik Şurası qətnaməsinin pozulması deməkdir.

İran bu raketləri oktyabrın 10-da sınaqdan keçirib.

İranın ali rəhbəri bildirib ki, raketlərin nüvə sazişinə dəxli yoxdur

Diplomatlar deyirlər ki, İranın bu raketlərlə sınaq atəşləri açdığına görə bir sıra iranlılara və şirkətlərə qarşı sanksiyalar qoyula bilər.

Tehran Emad raketlərinin nüvə başlığı daşımaq qabiliyyətinə malik olması barədə Qərbin qiymətləndirməsini rədd edir.

“The Wall Street Journal” yazır ki, Maliyyə Nazirliyinin potensial sanksiyalarında söhbət İrana bağlı iki şəbəkədən gedir.

Sanksiyalar tətbiq olunarsa, ABŞ və digər əcnəbilərə İran şirkətləri ilə işbirliyi qadağan ediləcək.

Bu sanksiyalar, habelə İran şirkətlərinə aid bank hesablarının dondurulmasını nəzərdə tutur.

ABŞ-ın “burnunun altında”

Yeni sanksiyaların Birləşmiş Ərəb Əmirliklərində mənzillənmiş Mabrooka Trading Co LLC və onun təsisçisi Hossein Pournaghshband-i hədəfləyəcəyi gözlənilir. Bu şirkətin İranın dövlət şirkətlərini karbon lifləri ilə təchiz etdiyi iddia olunur. Bu liflərdən raket istehsalında istifadə edilir.

ABŞ hərbiyyəsi İranın hərəkətini “çox riskli təxribat” adlandırıb

Maliyyə Nazirliyinin habelə İranın Müdafiə Nazirliyindəki 5 rəsmini qara siyahıya daxil edə biləcəyi deyilir.

“The New York Times” qəzeti isə sözü gedən sanksiyaların müzakirə üçün artıq Konqresə verildiyini yazıb.

BBC xəbər verir ki, ABŞ-ın qəzəblənməsinə səbəb İranın bu raketləri Amerika gəmilərinin “burnunun altında” sınaqdan keçirməsi olub.

İran ötən həftə Hörmüz boğazında ABŞ hərbi gəmilərinin yaxınlığında raket atəşləri açıb.

Xəbər verilir ki, raketlər ABŞ-ın iki hərbi gəmisinin və Fransa freqatının 1370 metrliyində atılıb.

ABŞ hərbiyyəsi İranın bu hərəkətini “çox riskli təxribat” adlandırıb.