Rohani:Trump İranla qarşıdurmada Səddam Hüseyin kimi məğlub olacaq

Hasan Roohani Tehranda hərbi paradda

İran prezidenti Hassan Rohani deyib ki, ABŞ-ın təzyiqlərinə baxmayaraq Tehran özünün raket proqraqmından imtina etməyəcək.

Reuters vı AFP agentliklərinin məlumatına görə, o bunu sentyabrın 22-də 1980-1988-ci illər İraq-İran müharibəsinin başlamasının növbəti ildönümü münasibətilə paytaxt Tehranda keçirilən hərbi paradda deyib.

“İran raketləri da daxil omaqla, özünün müdafiə silahlarından imtina etməyəcək”, Rohani deyib.

O qeyd edib ki, İranın silahları ABŞ-ı narahat edir.

Məlumata görə hazırda İranda İsrail və ABŞ-ın Yaxın Şərqdəki bazalarını vura bilən ballistik raketləri var.

Bu raketlər 3500 kilometrlik məsafəni vura bilir.

Qeyd edək ki, ABŞ prezidenti Donald Trump bu yaxınlarda ölkəsinin, İranla 6 aparıcı dünya ölkəsi arasında imzalanmış nüvə sazişindən çıxdığını bəyan elədi.

Bu sazişdən sonra İran özünün nüvə proqramını dayandırdı və ona qarşı beynəlxalq sanksiyalar aradan qaldırıldı.

Amma Trumpı-n bu qərarından sonra ABŞ İrana qarşı sanksiyaları bərpa elədi.

Rohani hərbi paradda qeyd edib ki, Trump İranla qarşıdurmada, 1980-ci illər İraq-İran müharibəsində Səddam Hüseyin kimi məğlub olacaq.

Hassan Rohani bildirib ki, İran özünün müdafiə silahlarını günbəgün inkişaf etdirəcək.