İran fermerləri ‘susuzluğa etiraz’ edirlər

İranın İsfahan şəhərində yüzlərlə fermer əkin sahələrini suvarmaq üçün su təchizatından məhrum olduqlarına görə nümayişə çıxıb.

Aprelin 10-da sosial mediaya buraxılmış həvəskar videoda acıqlı fermerlərin küçələr boyunca etiraz yürüşü keçirdikləri görünür.

İranın əksər rayonlarında su çatışmazlığı xroniki xarakter daşıyır və ötən ay bununla əlaqədar olaraq Xuzestan əyalətində və İsfahan şəhərində etiraz yürüşləri keçirilib.

Fermerlər iddia edirlər ki, su çatışmazlığı yerli hakimiyyət orqanlarının korrupsiyası ilə əlaqələndirirlər.

Susuzluqdan xüsusilə əziyyət çəkən İsfahan fermerləri bildirirlər ki, əyalətin əsas çayının axını qonşu Yəzd vilayətinə yönəldilib.

Hökumət susuzluqdan ziyan çəkmiş fermerlərə kompensasiya ödəniləcəyini bildirir.

İranın metereoloji idarəsi ölkə ərazisinin 97 faizinin bu və ya digər dərəcədə susuzluqdan əzab çəkdiyini bildirir.