Nazir bankları tənqid edir

Sizin brauzer HTML5-i dəstəkləmir

Iran azərbaycanlıları Novruzu Bakıda qarşılayır

-

“Novruz bayramı günlərində Azərbaycana gələn turistlərin valyuta mübadiləsinə görə çətinlik çəkməsi məntiqə sığmayan vəziyyət idi.

Çünki, bütün dünyada olduğu kimi, Azərbaycanda da bayram günlərində həm puldəyişmə məntəqələri, həm də banklar çalışmalıdır”.

Trend-in xəbərinə görə, bunu Mədəniyyət və Turizm naziri Əbülfəz Qarayev jurnalistlərə açıqlamasında deyib. Nazir bayram günləri valyuta dəyişməsi ilə bağlı problemlərin yaranmasını tənqid edib.

O, belə halın yaranmasını turizm sahəsi ilə banklar arasındakı koordinasiyanın zəif olmasının nəticəsi kimi dəyərləndirib.

“ Hesab edirəm ki, bu yaxınlarda "Turizm haqqında" yeni qanun layihəsinin qəbulundan, turizm sahəsi üzrə yeni inkişaf strategiyasının təsdiq olunmasından sonra bu kimi faktların aradan qaldırılması üçün hüquqi baza olacaq. Hər bir şirkət, dövlət müəssisəsi, nazirlik öz səlahiyyətləri çərçivəsində turistlərin səfərlərini yüksək səviyyədə təşkil etmək üçün lazımı işlər görəcək” - deyə nazir bildirib.