ABŞ-da mənzillənən insan haqları qrupu dünya liderlərini İsrailə casusluq ittihamı ilə ölümə məhkum edilmiş 4 etnik kürdün “gözlənilən edamının” qarşısının alınması üçün Tehrana təzyiq göstərməyə çağırıb.
İranda İnsan Haqları Mərkəzinin direktoru Hadi Qayemi 18 yanvar tarixli müraciətində bildirib ki, sözü gedən dörd nəfərin taleyi “təcili diqqət” tələb edir:
“Dünya liderləri İran hakimiyyətini edamlar dalğasını dayandırmağa çağırmalı, əks halda bunun Tehran üçün diplomatik və iqtisadi nəticəslərinin olacağını bəyan etməlidirlər”.
Buna da bax: Fəalları Başqırdıstanı Rusiyadan ayırmaq çağırışlarında ittiham edirlər
“24 saat ərzində edam hökmü”
Təşkilat bildirib ki, sözü gedən dörd nəfər – Vəfa Azərbar, Məhəmməd (Həcir) Fəramərzi, Möhsün Məzlum və Pejman Fatehi barədə ölüm hökmü 24 saatın ərzində çıxarılıb və bu onların apellyasiya imkanı verilmədən tezliklə edam edilə biləcəklərini göstərir.
İranın Kəşfiyyat Nazirliyi iddia edib ki, sözü gedən şəxslər İran Kürdüstanının solçu Komala partiyasının əməliyyatçılarıdır.
Partiya bu adamların ona bağlılığını təsdiq etməyib.
Dekabr ayında İran İsrailin Mossad xidmətinə işləməkdə ittiham edilən 4 nəfəri – 1 qadın və üç kişini edam etmişdi.
Buna da bax: Azərbaycan hökuməti fəallara, hüquq müdafiəçisinə...təzminat ödəyəcəkABŞ diplomatının bəyanatı
ABŞ-ın İran üzrə xüsusi elçisinin müavini Abram Paley yanvarın 12-də 4 etnik kürd barəsində çıxarılmış ölüm cəzası hökmünü pisləmiş və İranı “ədalətsiz olaraq saxlanmış bütün siyasi məhbusları azad etməyə və “öz xalqına qarşı” repressiyalara son qoymağa çağırmışdı.
Bundan bir neçə gün sonra Paley İran hökumətini edamlardan öz insan haqları hüquqlarından istifadə edənlərin hədəflənməsi üçün istifadədə ittiham etmişdi.
Diplomat bu bəyanatı İranda İnsan Haqları Mərkəzinin 2023-cü ildə İranda 700-dən çox edamın icra olunması barədə hesabatının ardınca vermişdi.
Amnesty International beynəlxalq insan haqları təşkilatı bildirib ki, İran ötən il Çini çıxmaqla dünyada ən çox edam həyata keçirmiş ölkədir.
İranda edamlar xüsusilə də gənc qadın Məhsa Əmininin polisdə ölümü geniş etiraz aksiyalarına səbəb olandan sonra kəskin artıb.