'İşıq məhbusları'nın məhkəməsi təciliyardımla başladı

"İşıq məhbusları"nın məhkəməsi

Biləsuvar rayonunda məcburi köçkünlərin yaşadığı qəsəbələrdə elektrik enerjisinin kəsilməsinə etiraz etdiyinə görə həbs olunan beş nəfərin məhkəməsi başlayıb.

"İşıq məhbusları" adlandırılan Cəlal Quliyev, Zaur Feyruz, Gülağa Alməmmədov, Ülvi Quliyevİlkin İsgəndərovun işinə Cəbrayıl Rayon Məhkəməsinin sədri Təranə Hüseynova baxır.

Buna da bax:​ Məhkəmə məcburi köçkünləri azadlığa buraxmadı

21 zərərçəkən polis var

İyunun 30-da məhkəmənin hazırlıq iclası keçirilib. İclasa yalnız təqsirləndirilən şəxslərin xəsarət yetirdiyi iddia olunan və iş üzrə zərərçəkmiş qismində tanınan polisləri buraxıblar. Zərərçəkən polislərin sayı 21 nəfərdir, amma onların hamısı gəlməyib.

Təqsirləndirilən şəxslərin yaxınları, jurnalistlər və prosesi izləməyə gələn digər şəxslər zalda yer olmaması səbəb göstərilərək, məhkəməyə buraxılmayıb.

Hazırlıq iclasında vəkil Elçin Sadıqov cinayət işinə xitam verilməsi, qanunsuz yolla əldə olunmuş sübutların yolverilməz hesab edilərək, işdən xaric olunması, prosesin audio və video yazısına imkan verilməsi, təqsirləndirilən şəxslərin barəsində həbs-qətimkan tədbirinin dəyişdirilərək ev dustaqlığı ilə əvəz olunması haqda vəsatətlər qaldırıb.

Buna da bax: 'Polis dedi ki, 'sənin oğlun təkər yandırıb, polis döyüb''

Təqsirləndirilən şəxslərin yaxınları, hətta məhkəmənin həyətinə də buraxılmayıb. Məhkəmə binasının yaxınlığında gözləyən şəxslərdən bir neçəsinin vəziyyəti pisləşib.

Həbsdəki şəxslərdən Qarabağ əlili Gülağa Hüseynovun anası Firuzə Hüseynova İlkin İsgəndərovun bacısı Gülnarə İsgəndərova bayılıb. Ətrafdakıların yardımından sonra onların durumu nisbətən yaxşılaşıb.

Həbsdəki şəxslərdən Qarabağ əlili Gülağa Hüseynovun anası Firuzə Hüseynova bayılıb.

İlkin İsgəndərovun bacısı Gülnarə İsgəndərova bayılıb.

Vəsatətlərin heç biri təmin olunmayıb. Məhkəmə baxışı iyulun 14-nə təyin olunub.

Buna da bax:​ Biləsuvarda saxlanılanın anası: 'Qorxmuram. Balamı günahsız tutublar çünki'

Xatırlatma

2016-ci il dekabrın 22-də Biləsuvar rayonunda məcburi köçkünlərin yaşadığı 11 qəsəbəyə elektrik enerjisinin verilməsinin kəsilməsilə əlaqədar sakinlər etiraz aksiyası keçirib.

Aksiya polis tərəfindən dağıdılıb. Aksiya iştirakçılarından beş nəfər polisə müqavimət göstərmək, iğtişaşlar törətmək, başqasının əmlakını məhv etmək ittihamları ilə həbs olunub. Onlar Cəbrayıl köçkünləridir.