Son bir ildə Qərbdə bir neçə terror hücumundan sonra avropalılar Suriya və İraqda «İslam Dövləti» (İŞİD) silahlı qruplaşmasına qarşı hərbi əməliyyatları dəstəkləyiblər. Bu əməliyyatlar ABŞ-ın başçılığı ilə həyata keçirilib. Amma terrorçuluqla daha geniş mübarizə strategiyasına gəlincə, avropalıların çoxu ehtiyatlanır ki, hərbi gücə aşırı bel bağlamaq nifrət yaradar, daha artıq terrorçuluğa yol açar.
69% ƏMƏLİYYATLARI DƏSTƏKLƏYİR
«Pew» Araşdırmalar Mərkəzinin Fransa və Almaniyada son terror hücumlarından öncə keçirdiyi rəy sorğusu üzə çıxarıb ki, Avropanın 10 ölkəsində rəyi soruşulanların ortalama 76%-i İŞİD-ə böyük təhlükə kimi baxıb. 69% ABŞ-ın bu qruplaşmaya qarşı hərbi əməliyyatlarını dəstəkləyib. Amma terrorçuluqla daha geniş mübarizəylə bağlı suala yalnız 41% cavab verib ki, hərbi gücdən istifadə ən yaxşı strategiyadır. 53% düşünür ki, gücə həddən artıq əl atmaq əks təsirlərlə nəticələnər.
Rəy sorğusu Avropa Birliyinin 10 üzvünün ərazisində keçirilib. 10 ölkədən 9-da fikri soruşulanların yarıdan çoxu ABŞ-ın İŞİD-ə qarşı hərbi əməliyyatlarını dəstəkləyib, amma çoxu eyni zamanda terrorçuluqla mübarizədə hərbi gücdən çox asılı olmaq sarıdan narahatlığını dilə gətirib.
30 FAİZLİK FƏRQ
Maraqlıdır ki, gücdən istifadəylə bağlı narahat olanlar içində də ABŞ-ın İŞİD-ə qarşı hərbi əməliyyatlarını dəstəkləyənlər az deyil. Bəzi ölkələrdə bu rəqəm 39, bəzilərində 77%-dir. Amma terrorçuluqla mübarizədə gücdən istifadənin ən yaxşı üsul olmasına inananlar bu əməliyyatları daha çox dəstəkləyiblər, ən aşağı faiz 66-dır.
Münasibətdə ən kəskin fərq İtaliyada üzə çıxıb. Belə ki, 83% hərbi gücdən istifadənin tərəfdarıdır, 50% bunun daha çox terrorçuluğa yol açdığını deyir. Təxminən 30 faizlik fərq Yunanıstanda (70%-39%), İspaniyada (78%- 50%) və Macarıstanda (66%-39%) qeydə alınıb.
Buna da bax-'Arvadım İŞİD-ə qoşulub'
Sizin brauzer HTML5-i dəstəkləmir