İsrail Rusiyanın ittihamını rədd edir

Foto arxiv

İsrail Rusiyanın İl-20 təyyarəsinin vurulması ilə bağlı Moskvanın ittihamını rədd edib.

“Jerusaliem post” qəzetinin yazdığına görə, İsrail ordusu təyyarənin vurulmasına görə cavabdehliyi Suriya ordusu, İran və radikal “Hizbullah” qrupunun üzərinə atıb.

İsrail hadisə nəticəsində ölən rusiya hərbçilərinin ailələrinə başsağlığı verib.

İsrail ordusunun məlumatına görə, İL-20 təyyarəsi insident zamanı əməliyyat zonasından gənarda, İsrail təyyarələri isə öz ölkəsinin ərazisində olub.

Qeyd edək ki, Moskva Suriyada hərbi təyyarəsinin vurulmasına görə, israili günahkar sayır.

Igor Konashenkov

Rusiya müdafiə nazirliyinin sözçüsü İgor Konashenkov sentyabrın 18-də deyib ki, İl-20 təyyarəsini məhz İsrail təyyarələri zərbə altında qoyublar.

Onun sözlərinə görə sentyabrın 17-də Suriyada əməliyyat keçirən İsrailin F-16 təyyarələri bu barədə Rusiya komandanlığına xəbərdarlıq etməyib.

Nəticədə israil təyyarələrini hədəfləyən Suriya əsgərləri səhvən Rusiyanın İl-20 kəşfiyyat təyyarəsini vurublar. Suriya əsgərlərinin istifadə etdikləri raket də elə Rusiyanın S-200 raketi olub:

“İsrailin bu təxribatını düşmənçilik kimi qiymətləndiririk. İsrailin məsuliyyətsiz hərəkəti nəticəsində 15 Rusiya hərbçisi həlak olub. Bu Rusiya ilə İsrail arasındakı tərəfdaşlığa qətiyyən cavab vermir. Bizim buna adekvat cavab vermək hüququmuz var”,Konashenkov vurgulayıb.

Rusiyanın müdafiə naziri Sergei Shoygu da İsrailli həmkarına zəng edərək eyni mövqedən çıxış edib.

Rusiya Suriya münaqişəsində Bashar Asad rejiminin, ABŞ və onun müttəfiqləri isə ona qarşı mübarizə aparan silahlı müxalifətin tərəfini saxlayır.