İsraildə mübahisə və etirazlara səbəb olan qanun ləğv edildi

İsraildə məhkəmə islahatları qanununa etirazlardan birində

İsrailin Ali Məhkəməsi ölkə parlamenti – Knessetdə baş nazir Binyamin Netanyahunun hökuməti tərəfindən keçirilmiş qanunun qeyri-konstitusiya aktı olması barədə hökm verib.

Məhkəmə islahatlarına aid olan bu qanun Konstitusiya Məhkəməsinin səlahiyyətlərini məhdudlaşdırmalı idi.

Qanun məhkəmələri onların düzgün hesab etmədikləri qanunları ləğv etmək hüququndan məhrum edirdi.

Buna da bax: Qazaxıstan Talibanı qadağan edilmiş təşkilatlar siyahısından çıxarıb

İki tərəfin arqumenti

Netanyayhu və onun müttəfiqləri iddia edirdilər ki, islahat seçkisiz hakimlərin ifrat səlahiyyətlərinin məhdudlaşdırılması üçün lazım idi.

Amma islahatların tənqidçiləri deyirdilər ki, məhkəmə qanununa düzəliş hakimiyyətə sui-istifadə imkanı verir və hakimiyyət üzərində azsaylı nəzarət mexanizmlərindən birini sıradan çıxarır.

Hakimlərin qarşısında bir neçə alternativ verdikt olsa da, onlar sözü gedən qanunu ümumiyyətlə ləğv etmək barədə hökm veriblər.

Netanyahunun Likhud partiyası Qəzza zolağında ABŞ və Avropa İttifaqında “terrorçu” kimi tanınan HƏMAS-la mübarizənin davam etdiyi bir vaxtda belə bir hökmün verilməsindən məyusluq ifadə edib.

Buna da bax: Putinin 2023-cü ildə imzaladığı fərmanların yarısı ‘məxfi’ olub

Etirazlar

İsraildə Ali Məhkəmənin səlahiyyətlərinin məhdudlaşdırılmasına yönəlik qanun layihəsinə qarşı çoxminlik etiraz aksiyaları keçirilirdi.

İri bizneslər də daxil bir çox şirkətlər etiraz tətilləri keçirirdilər.

Ehtiyatda olan yüzlərlə hərbçi, o cümlədən pilotlar bu qanun layihəsinə etiraz olaraq xidmətdən imtina edirdilər.

Bir çox şərhçilər ehtiyat etdiklərini bildirirdilər ki, cəmiyyəti parçalayan məhkəmə islahatları İsrail Müdafiə Ordusunun döyüş qabiliyyətinə mənfi təsir göstərə bilər.