İstanbulda İstiqlal prospektində baş vermiş terror nəticəsində ölənlərdən 3-ü İsrail, 1-i İran vətəndaşıdır. Onlardan 2-i eyni zamanda ABŞ vətəndaşı da olub.
Martın 17-i İstanbulda baş vermiş partlayış zamanı terrorçu da daxil olmaqla 5 nəfər ölüb, 37 nəfər yaralanıb. Yaralılardan da 12-i xarici ölkə vətəndaşlarıdır.
Səhiyyə naziri Mehmet Müezzinoğlu yaralılardan yeddisinin vəziyyətinin ağır olduğunu bildirib.
Patlayışdan sonra bağlanan İstiqlal prospekti yenidən açılıb.
Partlayışın törədilməsini hələ hər hansı qruplaşma üstünə götürməyib.