İsveç 6 saatliq iş rejiminə keçir

İllüstrasiya

►Məqsəd insanları daha xoşbəxt etməkdir

İsveç 6 saatlıq iş rejiminə keçir. Ölkəboyu qocalar evləri və xəstəxanalar da daxil olmaqla işəgötürənlər 6 saatlıq iş rejiminin tətbiqinə başlayır.

Məqsəd iş məhsuldarlığını artırmaq və insanları daha xoşbəxt etməkdir. Buna görə də 8 saatlıq iş gününü 2 saat azaldırlar.

Science Alert saytının verdiyi məlumata görə, sahibkarlar daha az iş vaxtında daha böyük enerji ilə işləmək və şəxsi həyatdan daha çox ləzzət almaq məqsədilə bu dəyişikliyi həyata keçirməyə başlayırlar.

İsveçin ikinci böyük şəhəri olan Gothenburg-da Toyota mərkəzləri hələ 13 il qabaq belə bir rejimə keçiblər. Mərkəzin hesabatında deyilir ki, bu keçid nəticəsində şirkət personalı daha xoşbəxtdir, gəlirlər isə daha çoxdur.

Paytaxt Stokholmda mobil əlavələr hazırlayan Filimundus mərkəzləri keçən il 6 saatlıq iş gününə keçid edib.

Buna da bax: "Qara Qızıl" - neft Şollar suyundan ucuzdur (İnfoqrafika)

SOSİAL MEDİAYA ÇIXIŞA İCAZƏ VERİLMİR

“8 saatlıq iş günü düşünüldüyü kimi effektli deyil”, Fast Company-nin baş direktoru Linus Feldt belə deyir. O, daha sonra əlavə edir:

“8 saatlıq iş günündə konkret bir məsələyə bütün diqqəti yönəltmək böyük problemdir. Bu problemin öhdəsindən gəlmək üçün bir sıra şeylərə baş vurmalı oluruq, işin keyfiyyətini artırmaq üçün fasilələr edirik. Eyni zamanda, işdən kənarda şəxsi həyatı idarə etmək üçün gərgin çalışırıq”.

Cənab Feldt 6 saatlıq iş rejimindən danışarkən deyir: “Ofisdə olduqları müddətdə əməkdaşların sosial mediaya çıxışlarına icazə verilmir, görüşlər minimuma endirilib və digər diqqəti yayındıracaq şeylər də aradan qaldırılır. Məqsəd onların intensiv işləmələri üçün özlərini daha çox motivasiya etmələridir”.

Buna da bax: Öldürülən əsgər tualet yumaqdan imtina edirmiş...

DAHA ENERJİLİ OLMAQ

Baş direktorun sözlərinə görə, yeni qrafik insanların işdən çıxarkən daha çox enerjili olmasına, şəxsi həyatlarına daha çox vaxt sərf etməsinə şərait yaradır. Bunları 8 saatlıq iş günündə etmək çətindir.

Science Alert yazır ki, ölkədəki bəzi xəstəxanalarda həkimlər və tibb bacıları artıq 6 saatlıq iş gününə keçiblər.

Gothenburg-dakı qocalar evi isə eksperiment üçün bu ilin əvvəlindən 6 saatlıq iş qrafikinə keçib. Eksperiment ilin sonuna kimi davam edəcək. Qocalar evinin rəhbərliyi iş saatının yerinin doldurulması üçün yeni əməkdaşların işə götürülməsinin maliyyəsini hesablayır, pasientlərə xidmətin səviyyəsinin dəyərləndirilməsi, işçilərin mənəvi durumunun yüksəldilməsi hallarını araşdırırlar.