Italiya millisinin qapıçısı Canluici Donnarumma futbol üzrə 2020-ci il Avropa Çempionatının ən yaxşı oyunçusu seçilib.
Bu barədə UEFA-nın rəsmi saytı məlumat verib.
Donnarumma iyulun 11-də İngiltərə ilə final görüşünün sonundakı penaltilər seriyasında komandasını 2 dəfə xilas edə bilib.
Nəticədə İtaliya millisi penaltilər seriyasında 3:2 hesabı ilə qalib gələrək Avropa çempionu olub.
Qeyd edk ki, oyunun əsas və artırılmış vaxtlarında hesab 1:1 olub.
İngiltərə millisi elə oyunun 2-ci dəqiqəsində rəqib qapısına yol tapa bilsə də İtaliya yığması ikinci hissədə hesabı bərabərləşdirib.