DTX sədrinin müavininə başqa vəzifə verildi

İlqar Musayev

Prezidentin sərəncamı ilə İlqar Musayev Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəisi təyin edilib.

Buna qədər o, Dövlət Təhlükəsizliyi Xidməti (DTX) rəisinin müavini vəzifəsini tutub. İyulun 15-də prezident İ.Musayevi həmin vəzifədən azad edib.

2012-ci ildə Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi rabitə və informasiya təhlükəsizliyi departamentinin bazasında Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Agentliyi yaradılıb. İki il öncə həmin agentlik "Dövlət Xidməti" adlandırılıb.

Buna da bax: Azərbaycanda kibertəhlükəsizlik üzrə strategiya niyə gecikir?