Birləşmiş Ştatlar İranın xarici işlər naziri Javad Zarif-ə viza verməkdən imtina edib.
Zarif yanvarın 9-da BMT təhlükəsizlik şurasının Nyu-Yorkda keçirilən toplantısına qatılmalı idi.
Bu barədə Reuters agentliyi adı çəkilməyən ABŞ rəsmisinə istinadla xəbər verir.
Bu məlumat, iranlı general Qassem Soleimani-nin ötən həftə Bağdadda öldürülməsindən sonraya təsadüf edir.
Soleimani yanvarın 3-də Bağdad hava limanında ABŞ-ın hava zərbələri nəticəsində ölüb.
Bu insidentdən sonra onsuzda gərgin olan ABŞ-İran münasibətlri daha da pisləşib.
İran buna görə ABŞ-ı cavab tədbirləri ilə hədələyib.
ABŞ Prezidenti Donald Trumpsa bir daha, İranın obyektlərini vurmaqla hədələyib.
Azadlıq Radiosunun məlumatına görə, o yanvarın 5-də Floridadakı iqamətgahından Vaşinqtona dönərkən deyib ki, əgər İran əvəz çıxmağa çalışsa, ciddi cavab tədbitləri ilə üzləşəcək.
Yanvarın 6-da Tehranda, Qasım Süleymani ilə vida mərasimi keçirilib.
Vaşinqtonun məlumatına görə, Süleymani ABŞ diplomatlarına qarşı hücum planlaşdırırmış.
Sizin brauzer HTML5-i dəstəkləmir
Əl Qüds qüvvələrinin komandanı general Qassem Soleimani İslam Keşikçiləri Korpusunun xarici əməliyyatlarını həyata keçirirdi.
İslam Keşikçiləri Korpusu ABŞ-ın terrorçu təşkilatlar siyahısındadır.Süleymani Yaxın Şərqdə keçirilən hərbi kampaniyalarda mühüm rol oynayırdı.
Əl Qüds siə birləşməsinin Livandakı Hizbullah qrupu və Suriya prezidenti Başar Əsədlə yaxın əlaqələri var.
ABŞ-ın bu əməliyyatı, bu günlərdə Bağdaddakı ABŞ səfirliyinə edilmiş hücumdan bir neçə gün sonraya təsadüf edir.
Buna da bax: ABŞ-İran təhdidlərinin axırı necə olacaq – Qərb mediası