Javad Zarif:“ABŞ rəsmiləri ilə heç bir görüş planlaşdırılmır"

Javad Zarif

“ABŞ rəsmiləri, o cümlədən də Dövlət katibi Mike Pompeo ilə heç bir görüş planlaşdırılmır”.

Reutersin avqustun 11-də verdiyi məlumata görə, bunu BMT Baş Assambleyasının toplantısı çərçivəsində İranın xarici işlər naziri Javad Zarif deyib.

İran prezidenti Hassan Rohani bundan əvvəl ABŞ-ın heç bir şərtsiz danışıqlara getmək çağırışını rədd edib.

Qeyd edək ki, Vaşinqton bu çağırışdan bir neçə saat öncə İrana qarşı sanksiyaları bərpa edib.

ABŞ prezidenti Donald Trump bu ilin mayında ölkəsinin 2015-ci ildə İranla 6 aparıcı dünya ölkəsi arasında imzalanmış nüvə sazişindən çıxdığını və ona qarşı sanksiyaları bərpa etdiyini bəyan elədi.

ABŞ-ın bu addımı İran iqtisadiyyatına cidi zərbə vurub, ölkənin milli valyutası real dollara nisbətdə dəyərinin demək olar ki, yarısını itirib.

Bu, son aylar ölkədə kütləvi etirazlara da səbəb olub.

Sizin brauzer HTML5-i dəstəkləmir

İranda etiraz aksiyaları keçirilir

Buna da bax:"İran etirazları barədə nə bilirik"?

ABŞ-ınİrana qarşı sanksiyaları avqustun 7-nə keçən gecədən qüvvəyə minib.

Amma İranla həmin nüvə sazişinə imza atan digər ölkələr-Böyük Britaniya, Fransa, Almaniya, Rusiya və Çin sazişə əməl edəcəklərini bəyan ediblər.

Avropa Birliyi öz şirkətlərini ABŞ-ın sanksiyalarından qorumaq üçün artıq yeni qanun da qəbul edib.