Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin Vladimir Jirinovskinin sağ olduğunu deyir. Bundan öncə yerli media 75 yaşlı, qızışdırıcı bəyanatlarla tanınan siyasətçinin ölməsi barədə məlumat yayılıb.
Volodinin martın 25-də TASS agentliyinə dediyinə görə, Jirinovski Moskvada bir xəstəxanada ağır vəziyyətdədir. O, həmin xəstəxanada fevraldan COVID-19-dan müalicə alır və onda pnevmoniya yaranıb.
“Jirinovskinin vəziyyəti sabitdir, həkimlər bu durumda bütün mümkün tibbi yardımı göstərirlər”, – Rusiyanın Səhiyyə Nazirliyi bəyanatında bildirib.
Buna da bax: Jirinovski Ukraynanı bombalamağa çağırır1990-cı illərin əvvəllərində siyasətdə yüksəlmiş Jirinovskinin Liberal Demokratik Partiyası da xəbəri “qətiyyətlə təkzib edib”, “saxta” xəbər olduğunu deyib.
Volodinin açıqlamasından öncə RIA dövlət xəbər agentliyi Senator Aleksandr Pronyuşkinə istinadla Jirinovskinin son 24 saatda koma vəziyyətində qalandan sonra bu gün səhər yerli vaxtla 10:45-də vəfat etdiyini yaymışdı.
Pronyuşkin sonradan Telegram postunu silib.