Avropa Birliyi İranın nüvə sazişindən çıxmasından təəssüf bildirib.
İran yanvarın 3-də general Qasem Soleimaninin Bağdadda ölümündən sonra, 2015-ci ildə Tehranla 6 aparıcı dünya ölkəsi arasında imzalanmış beynəlxalq nüvə sazişindən çıxdığını bəyan edib.Qeyd edək ki, Soleimani ABŞ-ın hava zərbələri nəticəsində ölüb.
Avropa Birliyinin xarici siyasət məsələləri üzrə rəsmisi Josep Borrell İranın sazişdən çıxmasından dərin narahatlıq bildirib və qeyd edib ki, bütün tərəflərin bu razılaşmaya əməl etməsi,heç vaxt indiki qədər mühümm olmayıb.
O qeyd edib ki, söhbət regional sabitlik və qlobal təhlükəsizlikdən gedir.
Qeyd edək ki, Vaşinqton ötən il İranla nüvə sazişindən çıxaraq Tehrana sanksiyaları bərpa edib.
O vaxtdan Avropa liderləri İranla ABŞ arasında dərinləşməkdə olan qarşıdurmanı yumşaltmağa çalışırlar.
Associated Press agentliyinin məlumatına görə, bu sanksiyalar nəticəsində İran iqtisadiyyatına ciddi ziyan dəyib.
Buna da bax: ABŞ sanksiyaları İrana 200 milyard dollar ziyan vurubİran prezidenti İran Prezidenti Hassan Rouhani-də dekabrın 31-də deyib ki, İran sanksiyalara görə, 200 milyard dollar itirib.
İranla nüvə sazişində Tehranın nüvə proqramını dayandırması və əvəzində ona qarşı beynəlxalq sanksiyaların qaldırılması nəzərdə tutulurdu.