Helikopter qəzasından 8 nəfər çıxıb, 8 nəfərin meyitinin isə Kuril gölündə olduğu güman edilir.
***
Avqustun 12-də Rusiyanın Uzaq Şərqindəki Kamçatka yarımadasında helikopter qəzaya uğrayıb. Xəbəri Rusiya mediası yerli rəsmilərə istinadla yayıb.
Helikopterdəki daha 7 nəfərin axtarışı davam edir. Hadisə yerli vaxtla səhər 10-da baş verib.
Rusiya Fövqəladə Hallar Nazirliyi helikopterdə 13 sərnişinin, üç nəfər heyət üzvünün olduğunu deyir.
Kamçatka səhiyyə nazirinin müavini Marina Volkova 9 nəfərin qəzadan sağ çıxdığını söyləyib.
“Qalan turistlər və heyət üzvü ilə bağlı təhqiqat aparılır”, – o vurğulayıb.
Sizin brauzer HTML5-i dəstəkləmir
Xilasetmə işləri aparılır
Sağ çıxanların yeddisi sərnişin, ikisi heyət üzvüdür.
Fövqəladə Hallar Nazirliyi regional administrasiyaya istinadla Mi-8 helikopterinin Kuril gölünə düşdüyünü bildirir. Xilasedicilər axtarış işləri aparırlar.
Xilasetmə əməliyyatına nazirlikdən və yerli xəstəxanadan onlarla şəxsin cəlb olunduğu vurğulanır.
Helikopter Vityaz-Aero şirkətinə məxsusdur. O, 1984-cü ildə Ulan-Udedə hazırlanıb. 2009-cu ildən fəaliyyət göstərən Vityaz-Aero 20-dən çox Mi-8 helikopterini idarə edir.
Kamçatka yarımadası Moskvadan 6 min kilometr şərqdə yerləşir, mənzərəli yerlərinə, təbiətinə görə turistlər arasında populyardır.
Bir ay öncə isə Kamçatkada təyyarə qəzaya uğrayıb, 28 nəfər həlak olub. Rəsmilər qəzaya pilot səhvinin səbəb olduğunu deyirlər.