Sabitliyin pozulması

İyunun 24-də Bakıda silahlı toqquşmada üçü polis olmaqla beş şəxs öldürülüb. Elə həmin gün Nazirlər Kabineti Azərbaycanda karantin rejimini yenidən uzadıb. Qərarda bu, "koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə" izah edilsə də, rəsmilər bir çox açıqlamalarında quru sərhədlərin qapalı qalmasını məhz ölkədə sabitliyin qorunması ilə əlaqələndirirlər.