Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddəti uzadılıb.
Bununla bağlı oktyabrın 29-da baş nazir Əli Əsədov qərar imzalayıb.
Qərara əsasən, ölkə ərazisində xüsusi karantin rejiminin müddəti 2022-ci ilin yanvarın 1-i saat 06:00-dək uzadılıb.
Qərar koronavirus (COVID-19) infeksiyasının ölkədə yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə izah edilib.
Bundan əvvəl xüsusi karantin rejiminin müddəti noyabrın 1-dək olub.
Azərbaycanda koronavirusla bağlı 2020-ci ilin martından karantin rejimi tədbiq edilir.
Dəfələrlə müddəti uzadılan bu rejim yoluxma sayından asılı olaraq, zaman-zaman gah sərtləşdirilib, gah da nisbətən yumşaldılıb.
Sizin brauzer HTML5-i dəstəkləmir
Xatırlatma
2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib.
2020-ci il martın 11-də Dünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib.
Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 4,9 milyondan çox şəxsin vəfat etdiyi açıqlanıb.
Azərbaycanda isə oktyabrın 29-na kimi ümumilikdə 524 min 788 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 6995-nin vəfat etdiyi bildirilib.