Azərbaycanın Müdafiə Nazirliyi Kəlbəcər rayonu istiqamətində Azərbaycan ordusunun mövqelərinin Ermənistan tərəfdən atəşə tutulduğu barədə məlumat yayıb.
Yanvarın 8-də yayılan məlumatda deyilir ki:
"...saat 13:50 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər (Vardenis) rayonunun Yuxarı Şorca (Verin Shorzha)yaşayış məntəqəsi istiqamətindən AQS və iriçaplı silahlardan istifadə etməklə Azərbaycan Ordusunun Kəlbəcər rayonu ərazisində yerləşən mövqelərini atəşə tutub. Bölmələrimizin cavab tədbirləri nəticəsində qarşı tərəf susdurulub. Şəxsi heyət və texnikamızda itki yoxdur"- Müdafiə nazirliyi bildirir.
Məlumatda hazırda qeyd olunan istiqamətdə vəziyyətin sabit olduğu bildirilir.
Hələki bu məlumata Ermənistan müdafiə nazirliyindən hər hansı münasibət yoxdur.
Günün sonuna yaxın Ermənistan Müdafiə Nazirliyi Azərbaycan Müdafiə Nazirliyinin yaydığı xəbəri təkzib edib. Öz növbəsində qeyd edib ki, “bu ərazidə Azərbaycan bölmələri ardıcıl olaraq atəş açıb, amma Ermənistan tərəfi buna cavab verməyib”.
Nayirlik hazırda bütün Ermənistan-Azərbaycan sərhədi boyunca vəziyyət nisbətən sabit olduğunu bildirib.