Kemerovodakı yanğına görə 8 nəfərə həbs cəzası

Hadisənin ildönümü

Kemerovo sakinləri, qurbanların yaxınları hadisəyə korrupsiyanı, hökumətin səhlənkarlığını səbəb göstərib

2018-ci ildə Kemerovo şəhərindəki yanğına görə Sibir məhkəməsi səkkiz nəfərə 14 ilədək həbs cəzası kəsib. Həmin faciə zamanı 37-si uşaq olmaqla 60 nəfər həlak olmuşdu.

“Zimnyaya Vişnya” ticarət mərkəzinin sahibi olan şirkətin keçmiş direktoru Yuliya Boqdanova 14 il həbsə məhkum edilib.

Təqsirləndirilənlərin hamısı təhlükəsizlik qaydalarının pozulmasında, insan ölümüylə nəticələnmiş səhlənkarlıqda təqsirli biliniblər.

Mərkəzin keçmiş meneceri Nadejda Suddenok 13 il yarım, keçmiş texniki direktoru Georgi Sobolev 11 il həbsə məhkum edilib.

Boqdanova, Suddenok və Sobolev özlərini qismən təqsirli bilsələr də, digərləri təqsirləri olmadıqlarını bildiriblər.

Kemerovo sakinləri, qurbanların yaxınları hadisəyə korrupsiyanı, hökumətin səhlənkarlığını səbəb göstərib.