Khamenei:ABŞ İran üzaərində hökmüranlıq edə bilmədi

Ayatollah Ali Khamenei

İranın ali dini lideri Ayatollah Ali Khamenei deyib ki,ABŞ 1979-cu il İran İslam İnqilabından sonra İran üzərində öz hökmüranlığını göstərə bilmədi.

Bu barədə Reutaer agentliyi noyabrın 3-də İranın dövlət televiziyasına istinadla xəbər verib.

“ABŞ-ın məqsədi o idi ki, hökmüranlığını bərpa eləsin, amma uğursuzluğa dücar oldu.ABŞ İran İslam İnqilabı ilə son 40 ildə məğlum edildi”,Khamenei tələbələrlə görüşdə deyib.

Khamenei-nin bu bəyanatı, ABŞ-ın noyabrın 5-də İrana qarşı sanksiyaları tam bərpa edəcəyini deməsi ilə eyni vaxta düşür.

Khamenei həmçinin ayrıca özünün “Tvitter” səhifəsində yazıb ki, prezident Donald Trump ABŞ-ın imicini “eüsvay” etdi və sonda sanksiyalardan özü uduzacaq.

Qeyd edək ki, ABŞ bu yaxınlarda birtərəfli qaydada,İranla aparıcı 6 dünya ölkəsi arasında imzalanmış nüvə sazişindən çıxaraq Tehrana qarşı sanksiyaları bərpa edib.

Tehran 2015-ci ildə imzxalanmış həmin sazişə əsasən nüvə proqramı üzərində işi dayandırmış və əvəzində ona qarşı beynəlxalq sanksiyalar ləğv edilmişdi.

Amma ABŞ-la yanaşı həmin sazişə imza atan Böyük Britaniya,Almaniya,Fransa, Rusiya və Çin razılaşmaya sadiq qalacaqlarını deyirlər.