ABŞ Rusiyanı Ukraynaya kiberhücumda ittiham edir

Ann Nyuberger

ABŞ bu informasiyanı Rusiyanın Ukrayna yaxınlığında böyük qoşun cəmləşdirməsinə görə yaranmış vəziyyətə görə təcili açmaq qərarı verib

Birləşmiş Ştatlar və Britaniya Rusiyanı Ukraynanın müdafiə nazirliyi və bank sisteminə 15 fevral kiberhücumlarının arxasında durmaqda ittiham edib.

Ağ Evin kibertəhlükəsizlik üzrə əsas rəsmisi Ann Nyuberger fevralın 18-də jurnalistlərə deyib:

“Biz inanırıq ki, Ukrayna banklarına bu həftə edilmiş geniş kiberhücumlara görə Rusiya hökuməti məsuliyyət daşıyır”.

Xanım Nyubergerin sözlərinə görə ABŞ bu informasiyanı Rusiyanın Ukrayna yaxınlığında böyük qoşun cəmləşdirməsinə görə yaranmış vəziyyətə görə təcili açmaq qərarı verib.

Rəsmi bildirib ki, ABŞ ekspertləri Rusiyanın Baş Kəşfiyyat İdarəsi – GRU-ya bağlı infrastrukturdan Ukraynada mənzillənmiş IP ünvanlara və domenlərə iri həcmlərdə kommunikasiyanın transmissiya edildiyini göstərən data əldə ediblər.

Bu məlumatı Britaniyanın Birlik və İnkişaf Nazirliyi də təsdiqləyib.

ABŞ və başqa Qərb rəsmiləri son illərdə baş vermiş kiberhücumlara görə Rusiyanı ittiham ediblər.

Ukrayna hökuməti fevralın 15-də demişdi ki, bir neçə nazirlik və bank haker hücumlarına məruz qalıb.