Yaponiyanın keçmiş xarici işlər naziri Fumio Kişida hakim Liberal Demokratik Partiyada seçkini udub. Dünyanın üçüncü böyük iqtisadiyyatının növbəti baş naziri o olacaq.
Baş nazir Yoşihide Suqa cəmi bircə il vəzifədə qalandan sonra istefa verəcəyini açıqlayıb.
Kişida sentyabrın 29-da partiyadaxili seçkidə populyar vaksinasiya naziri Taro Kononu məğlub edib. Onun oktyabrın 4-də parlamentin iclasında ölkənin yeni baş naziri seçiləcəyi gözlənir. Hakim partiya koalisiya tərəfdaşı çoxluq təşkil edir.
Növbəti baş nazirin qarşısında həllini gözləyən vacib məsələlər durur. Pandemiya ölkə iqtisadiyyatına ağır zərbə vurub, regionda artan təhlükəsizlik risklərini nəzərə alaraq Birləşmiş Ştatlarla güclü alyans təmin edilməidir.
Yeni lider Liberal Demokratların təkəbbürlü reputasiyasına dəyişiklik etməli olacaq. Suqa koronavirus pandemiyası ilə mübarizəsi, yayda Tokio Olimpiya oyunlarının keçirilməsində israr etməsilə ictimaiyyəti qəzəbləndirib.