Son 12 gündə Kiyev ilk dəfə İran istehsalı olan "Şahed" dronlarının hücumuna məruz qalıb.
Kiyev şəhər hərbi administrasiyasının rəhbəri Sergey Popkonun bildirdiyinə görə, kamikadze dronlarının hamısı hava hücumundan müdafiə sistemləri tərəfindən vurulub,
Buna da bax: Priqojinin üsyanı günü Putin Sankt-Peterburqda dostunun yaxtasında olubKiyev vilayət administrasiyasının rəhbəri Ruslan Kravçenko bazar günü gecə də dron hücumları barədə məlumat verib. Onun sözlərinə görə, vurulan dronların qalıqları iki rayonda 3 fərdi yaşayış evinə müəyyən zərər vurub.
Bundan başqa “RBC Ukraine” xəbər verir ki, iyulun 2-nə keçən gecə Rusiya qoşunları İranın “Şahed” pilotsuz təyyarələrindən başqa və “Kalibr” qanadlı raketləri ilə Ukrayna ərazisinə hücum edib.
Məlumatda həm dronların, həm də “Kalibr” raketlərinin hamısının vurulduğu bildirilir.
Buna da bax: Trotskinin qatili necə ələ alınıb, necə hazırlanıb və o, qətli necə törədib...Tehran Ukraynada genişmiqyaslı müharibənin başlamasından sonra Rusiyaya hücum dronlarının verilməsilə bağlı məlumatları inkar edir. Amma eyni zamanda bildirir ki, Moskvaya az sayda dronlar işğaldan əvvəl göndərilib.