Kocharian-ı azad edən hakim prokurorluğa 'cinayət barədə' məlumat verib

Davit Grigorian

Ermənistanın konstitusiya quruluşunu devirmək ittihamı ilə mühakimə olunan keçmiş prezident Robert Kocharian-ın zaminə buraxılması barədə ötən həftə hökm vermiş hakim Davit Grigorian prokurorluğa cinayət barədə məlumat verib.

Bu barədə məlumatı AzadlıqRadiosunun Erməni xidməti Ermənsitan Baş Prokurorluğuna istinadən yayıb.

Prokurorluq şikayətin nədən ibarət olduğu barədə şərh vermir.