Şimali Koreya ABŞ-la danışıqların nəticəsindən təəssüf bildirib

Mike Pompeo

Şimali Koreya ABŞ Dövlət Katibi Mike Pompeo-nun iştirakı ilə Pxanyanda aparılan danışıqların nəticəsindən təəssüf bildirib.

Bu barədə AzadlıqRadiosu iyulun 7-də Reuters və digər qərb agentliklərinə istinadla məlumat yatıb.

Şimali Koreya dövlət xəbər agentliyinin məlumatına görə, Vaşinqton Pxenyandan, onun raket-nüvə proqramının ləğvi ilə bağlı birtərəfli addımlar atmasını tələb edir ki, bu Şimali Koreya üçün məqbul deyil.

Məlumatda qeyd edilir ki, Şimali Koreya nüvə silahından imtina etmək ideyasına sadiqdir, amma Vaşinqtonun yanaşması bu məqsədə çatmağa xidmət etmir.

Pompeo bundan əvvəl Pxenyanda apardığı danışıqların səmərəli, uğurlu olduğunu bəyan eləmişdi.

ABŞ Dövlət Departamentinin nümayəndəsi isə bundan əvvəl qeyd eləmişdi ki, konkret məsələləri həll etmək üçün işçi qrup yaradılması barədə razılıq ldə olunub.

Buna da bax:"Trump Kim barədə: “Baməzədir, çox ağıllıdır”

Qeyd edək ki, bu ABŞ Dövlət katibinin, iyunun 12-də iki ölkə prezidentinin görüşündən sonra Pxenyana ilk səfəridir.