Şimali Koreya nüvə silahından intina edə bilər: Amma bir şərtlə

Cənubi Koreya - Şimali Koreya lideri Kim Jong Un (solda) və Cənubi Koreya prezidenti Moon Jae-in. 27 aprel, 2018

Şimali Koreya lideri Kim Jong-un Cənubi Koreya prezidenti Moon Jae-in-a deyib ki, öz nüvə silahlarından bir şərtlə imtina edə bilər.

Şərt ondan ibarətdir ki, ABŞ formal olaraq Koreya müharibəsinin bitdiyini təsdiqləməli və Şimali Koreyaya hücum etməyəcəyini söz verməlidir.

Kim Jong-un bunları ABŞ prezidenti Donald Trump-la gözlənilən görüşü ərəfəsində deyib.

Şimali Koreya lideri bu həftə Cənubi Koreyaya səfər edib.

Kim Jong-un onu da bildirib ki, Cənubi Koreya və ABŞ-dan olan jurnalistləri gələn ay öz ölkəsinə dəvət edəcək. Onlara Şimali Koreyanın nüvə sınağı poliqonunu necə bağladığını göstərəcək.

"Mən bilirəm ki, amerikalılarda ənənəvi olaraq bizə qarşı mənfi fikir formalaşıb. Amma mənimlə danışıq aparanda görəcəklər ki, mən Cənubi Koreyaya, yaxud Sakit Okean üzərindən ABŞ-a atom bombası atacaq bir adam deyiləm" - deyə Şimali Koreya lideri əlavə edib.

Halbuki keçən il Kim Jong-un ABŞ-la münasibətləri gərginləşən zaman bunun tam əksini deyirdi.

O, ABŞ-ı yerlə yeksan edəcəklərini bildirirdi.

Buna da bax: Koreya prezidentlərinin tarixi görüşü

Sizin brauzer HTML5-i dəstəkləmir

Koreya prezidentlərinin tarixi görüşü

Amma Şimali Koreya lideri əvvəllər də Cənubi Koreya ilə xoş münasibətlər qurmaq yönündə bəzi addımlar atdığı, amma sonradan fikrini dəyişdiyi üçün indi bir çoxları sual edir:

Görəsən Kim Jong-un səmimidirmi? Doğrudanmı sialoq və sülh istəyir?

Cümə günü şimali və cənubi Koreya liderləri Koreya yarımadasının nüvəsizləşdirilməsini hədəfləyən birgə bəyanat imzalayıblar.

Baxmayaraq ki, bu, qısa müddətdə reallaşacaq ideya deyil.

Bundan ötrü uzun danışıqların aparılmasına ehtiyac yarana bilər.

Cənubi Koreya lideri aprelin 29-da Yaponiyanın baş naziri Shinzo Abe ilə də danışıb.

Ona Şimali Koreya liderinin dialoq təklifini çatdırıb.

Yaponiya da Şimali Koreyanın nüvə sıqnaqları və ballistik raket proqramından ehtiyatlanır.