1289 yeni yoluxma aşkarlanıb, 5 ölüm 

Rusiyada xəstəxana

Son gündə Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 1289 yeni yoluxma faktı qeydə alınıb, bu virusa yoluxanlardan 409 nəfər sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan avqustun 7-də habelə verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 5 nəfər də vəfat edib.

Açıqlamaya görə, indiyədək Azərbaycanda ümumilikdə 350605 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 334667-i sağalıb, 5056-ı vəfat edib, aktiv xəstə sayı 10882-yə yüksəlib

Bildirildiyinə görə, son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar ölkədə 12625, ötən müddət ərzində isə ümumilikdə 4107190 test aparılıb.

Xatırlatma

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. 2020-ci il martın 11-də Dünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 4,2 milyondan çox şəxsin vəfat etdiyi açıqlanıb.