40 yoluxma, bir ölüm 

Arxiv foto

Azərbaycanda son sutkada koronavirus infeksiyasına 40 yeni yoluxma faktı qeydə alınıb, 58 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu barədə məlumat yayan Nazirlər Kabineti yanında Operativ Qərargah bildirir ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1 nəfər vəfat edib.

Rəsmi məlumata görə, Azərbaycanda indiyədək ümumilikdə 335 836 nəfər koronavirus infeksiyasına yoluxub, onlardan 330 084 nəfər müalicə olunaraq sağalıb, 4 968 nəfər vəfat edib, aktiv xəstə sayı 784 nəfərdir.

Ölkədə son sutka ərzində 6 213, hazırkı dövrədək isə 3 728 712 test aparılıb.

Xatırlatma

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. 2020-ci il martın 11-də Dünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 3,7 milyondan çox şəxsin vəfat etdiyi açıqlanıb.