471 yeni yoluxma, 5 ölüm

Arxiv foto

Son gündə, Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 471 yeni yoluxma faktı qeydə alınıb, 191 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu məlumatı bu gün, iyunun 20-də Nazirlər Kabineti yanında Operativ Qərargah yayıb.

Məlumatda yazılıb ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 5 nəfər də vəfat edib:

“İndiyədək ölkədə ümumilikdə 12 238 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 6516 nəfər müalicə olunaraq sağalıb, 148 nəfər vəfat edib, 5574 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir”

Qərargahdan vurğulandığına görə, son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6627, ötən müddət ərzində isə ümumilikdə 417 102 test aparılıb.

Azərbaycanda koronavirus infeksiyasına ilk yoluxma halının fevralın 28-də aşkarlandığı bildirilib. Həmin vaxtdan bu yana artıq ikinci dəfdir ki, yoluxmanın bir gündə 400-ü keçdiyi bildirilir.İyunun 19-da ölkədə son gündə 438 yeni yoluxma faktının qeydə alındığı bildirilmişdi.

Xatırlatma

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib.

Bu il martın 11-də Dünya Səhiyyə Təşkilatı (DST) koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusa indiyə qədər 8 milyon 800 mindən çox şəxsin yoluxduğu bildirilir. Onlardan da artıq 463 mindən çox şəxsin vəfat etdiyi açıqlanıb.