531 yoluxma, 512 sağalma

Arxiv foto

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 531 yeni yoluxma faktı qeydə alınıb, 514 nəfər sağalıb və evə buraxılıb, 6 nəfər vəfat edib.

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 531 yeni yoluxma faktı qeydə alınıb, 514 nəfər sağalıb və evə buraxılıb, 6 nəfər vəfat edib.

Nazirlər Kabineti yanında Operativ Qərargahın iyulun 11-də yaydığı məlumatda belə deyilir.

İndiyədək ölkədə ümumilikdə 23521 nəfərin koronavirus infeksiyasına yoluxduğu, onlardan 14607 nəfərin sağaldığı, 298 nəfərin vəfat etdiyi, 8616 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsinin davam etdiyi bildirilir.

Son sutka ərzində 8045, ötən müddət ərzində 560356 test aparıldığı qeyd olunur.

Xatırlatma

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. Bu il martın 11-də Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusa indiyə qədər 10 milyon 449 mindən çox şəxsin yoluxduğu bildirilir. Onlardan da artıq 509 mindən çox şəxsin vəfat etdiyi açıqlanıb.