1769 yeni yoluxma aşkarlanıb, 16 ölüm

COVID-19

Son gündə Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 1 min 769 yeni yoluxma faktının qeydə alındığı, bu virusa yoluxanlardan isə 648 nəfərin sağaldığı bildirilir.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan avqustun 13-də habelə verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 16 nəfər də vəfat edib.

Qurumdan açıqlamaya görə, indiyədək ölkədə ümumilikdə 361 min 501 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 337 min 669-u sağalıb, 5 min 125-i vəfat edib, aktiv xəstə sayı isə 18 min 707-yə yüksəlib.

Xatırlatma

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. 2020-ci il martın 11-də Dünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 4.3 milyondan çox şəxsin vəfat etdiyi açıqlanıb.