Vaksinasiya ilə bağlı şikayətlər var

Sizin brauzer HTML5-i dəstəkləmir

Vaksin vurulur, bəs hökumət təsirini ölçürmü?

İyul ayı üçün "COVID-19 vaksin randevu" elektron xidməti aktiv edilib.

Bu barədə iyunun 29-da İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən məlumat verilib.

Məlumata görə, iyul ayında COVID-19 xəstəliyinə qarşı peyvənd olunmaq istəyənlər iyun 29-dan etibarən onlayn qaydada növbə götürə bilərlər.

"Hazırda Azərbaycanda "CoronaVac", "Vaxzevria", "Sputnik V" və "Pfizer" vaksinlərindən istifadə edilir. Məlumat üçün bildirək ki, peyvənd olunmaq üçün növbəti ay üzrə onlayn növbənin götürülməsi cari ayın son günlərindən başlayaraq mümkün olur", - qurumdan vurğulanıb.

Sizin brauzer HTML5-i dəstəkləmir

Peyvənd olunanlara imtiyazlar verilə bilər - Gürcüstanda

+++

Sosial şəbəkələrdə iyulun 1-dən Azərbaycanda koronavirusa qarşı vaksinasiya prosesinin dayandırılacağı ilə bağlı iddialar yayılıb. Həmin məlumatlarda vətəndaşlar bunu vaksinin bitməsi və havaların isti keçməsi ilə əlaqələndirirlər.

Onlar həmçinin bildirir ki, vaksinasiya ilə bağlı qeydiyyatdan keçmək üçün nəzərdə tutulmuş randevu.its.gov.az saytında iyul ayının istənilən tarixlərinə növbə götürmək istəyəndə problemlə qarşılaşıblar.

Şikayətçilərdən biri də yazıb ki, randevu.its.gov.az saytında "Pfizer" vaksini üçün bütün məntəqələrdə ancaq üç günü görmək olur, onlarda da növbə doludur: "İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə zəng etmişəm, düz 1 saat 58 dəqiqəyə cavab veriblər. Deyirəm, nə üçün növbəti günlərə randevu götürə bilmirik? Operator deyir, "xanım, gözləyin iyul gəlsin, onda təkrar yoxlayın…"".

Sizin brauzer HTML5-i dəstəkləmir

İlham Əliyev vaksin olunubmu?

Səhiyyə Nazirliyindən "Turan"a vaksinasiya prosesinin iyul ayından bitəcəyi haqqında iddiaları təkzib ediblər: "Vaksinasiya adi qaydada davam edəcək. Vaksinlərin bitməsi ilə bağlı xəbərlər də həqiqətəuyğun deyil".

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin saytında vaksinasiya üçün növbənin götürülməsində problemin yaranması ilə bağlı deyilənlərə isə, hələlik, bu qurumdan münasibət öyrənmək mümkün olmayıb.

Azərbaycanda koronavirus infeksiyasına qarşı vaksinasiyaya bu il yanvarın 18-dən start verilib. Ölkədə, əsasən, Çinin "Sinovac" şirkətinin vaksinindən istifadə olunduğu açıqlanıb. Bu şirkətə 9 milyon sifariş verildiyi bildirilir. İndiyə kimi ölkədə birinci mərhələdə 3.3 milyon, hər iki mərhələdə isə 1.2 milyon şəxsin peyvənd edildiyi açıqlanıb.

Sizin brauzer HTML5-i dəstəkləmir

COVİD19 peyvəndi necə təsir edir? Bakıda kiçik sorğu

38 yeni yoluxma, 2 ölüm

Son gündə Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 38 yeni yoluxma faktı qeydə alınıb, 39 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan bu gün, iyunun 28-də verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış iki nəfər də vəfat edib: "Azərbaycanda indiyədək ümumilikdə 335 min 874 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 330 min 123 nəfər sağalıb, 4 min 970 nəfər vəfat edib, aktiv xəstə sayı 781 nəfərdir".

Xatırlatma

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. 2020-ci il martın 11-də Dünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 3.9 milyondan çox şəxsin vəfat etdiyi bildirilir.