Bu gün, oktyabrın 13-də Azərbaycan Nazirlər Kabineti “Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” qərarına dəyişiklik edib.
Dəyişikliyə əsasən, karantin dövründə operativ və xüsusi təyinatlı nəqliyyat vasitələrinin, habelə yükdaşıyan avtomobillərin hərəkəti istisna olunmaqla, Sabirabad şəhərinə, bu rayonun Cavad, Türkədi, Qalağayın, Kürkəndi kəndlərinə, Şəki şəhərinə və Kiş kəndinə giriş-çıxış dayandırılır.
Bu qərar 2020-ci il oktyabrın 14-ü saat 00:00-dan qüvvəyə minir.
Azərbaycanda noyabrın 2-i saat 06:00-dək xüsusi karantin rejimi tətbiq olunub.
Karantin rejimin tədbiqinə martin 24-dən başlanıb.
Son aylar rejim bir xeyli yumşaldılmışdı.
Xatırlatma
2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. Bu il martın 11-də Dünya Səhiyyə Təşkilatı (DST) koronavirusu pandemiya elan edib.
Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 1 milyondan çox şəxsin vəfat etdiyi açıqlanıb.
Azərbaycanda isə indiyədək ümumilikdə 42 381 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 612 nəfərin vəfat etdiyi açıqlanıb.