3614 gündəlik yoluxma aşkarlanıb, 23 ölüm

COVID-19

Son gündə Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 3 min 614 yeni yoluxma faktının qeydə alındığı, bu virusa yoluxanlardan 1 min 114 nəfərin sağaldığı bildirilir.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan avqustun 19-da verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 23 nəfər də vəfat edib.

Açıqlamaya görə, indiyədək Azərbaycanda ümumilikdə 380 min 918 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 342 min 256-sı sağalıb, 5 min 231-i vəfat edib, aktiv xəstə sayı 33 min 431-ə yüksəlib.

Xatırlatma

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. 2020-ci il martın 11-də Dünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 4.3 milyondan çox şəxsin vəfat etdiyi açıqlanıb.