386 yeni yoluxma  qeydə alınıb, 4 ölüm

Koronavirus xəstəsinin müalicəsi, Bosniya, 19 mart 2021

Son gündə Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 386 yeni yoluxma faktı qeydə alınıb, bu virusa yoluxanlardan 149 nəfər sağalıb.

Bu məlumatı iyulun 25-də Nazirlər Kabineti yanında Operativ Qərargahdan yayıblar. Qurumdan verilən məlumata görə, son sutkada ölkədə koronavirusa yoluxanlardan da 4 nəfər vəfat edib.

Açıqlamaya görə, indiyədək ölkədə ümumilikdə 340 443 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 332 056-ı sağalıb, 5006-ı vəfat edib, aktiv xəstə sayı 3381-ə yüksəlib.

Bildirildiyinə görə, son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar ölkədə 5006, ötən müddət ərzində isə ümumilikdə 3 975 081 test aparılıb.

Xatırlatma

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. 2020-ci il martın 11-də Dünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 4,1 milyondan çox şəxsin vəfat etdiyi açıqlanıb.